“Köçərilər dünyası” Astanada yarışır

post-img

Xəbər verildiyi kimi, 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər dünyası” etnoaulunun açılışı olub.

Qazaxıstan paytaxtının sakinləri və qonaqlar köçərilərin özünəməxsus mədə­niyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Etnoaul bir neçə zona üzrə təşkil olunub: mərkəzi meydan, xalq musiqisi üçün çadır, açıq səma altında köçəri sivilizasiyalar mu­zeyi, idman tədbirləri, milli mətbəx, regi­onların etnoməskənləri və s.

Bayramın keçirildiyi ərazidə Şərq baza­rı təşkil edilib. Ölkənin 200-dən çox sənət­karı öz məhsullarını sərgiləyirlər. Ərazidə konsert proqramları və idman tədbirləri də təşkil olunub. 

Sentyabrın 13-dək davam edəcək Dün­ya Köçəri Oyunlarında 89 ölkədən, təx­minən, 2800 idmançı iştirak edir. Yarışlar çərçivəsində 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılır. 

XQ

Son xəbərlər