Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı il üçün elektrik avtomobillərinin istehsalı üzrə planlarını üçdə bir azaldıb. Bu barədə "Nikkei" qəzeti xəbər verir.
Beləliklə, Toyota elektrikli avtomobillərin satışının azalması səbəbindən elektrik avtomobilləri istehsal etmək planlarından imtina edən ən son avtomobil istehsalçısı oldu.
Dünyanın ən böyük avtomobil istehsalçısı indi 2026-cı ildə 1 milyon elektrikli avtomobil istehsal etməyi planlaşdırır.
"Toyota" 2026-cı ilə qədər ildə 1,5 milyon, 2030-cu ilə qədər isə 3,5 milyon elektrikli avtomobil istehsal etmək hədəfinin dəyişməz olaraq qaldığını açıqlayıb. Bununla belə, şirkət qeyd edir ki, bu rəqəmlər hədəf deyil, səhmdarlar üçün təlimatdır.
Ancaq ildə 1 milyon elektrik avtomobili istehsal etmək hibridlərin hazırlanmasına daha çox səy göstərən və keçən il cəmi 104 min elektrik avtomobili satan "Toyot" üçün iddialı bir məqsəddir. Elektrikli avtomobillər hazırda qlobal satışların təxminən 1 faizini təşkil edir. Bu həftənin əvvəlində İsveç avtomobil istehsalçısı "Volvo" 2030-cu ilə qədər tam elektrikə keçmək məqsədindən imtina edərək, hələ o dövrdə öz sıralarında bir neçə hibrid model təklif edəcəyini bildirib. ABŞ-da Ford, General Motors və digər avtomobil istehsalçıları da yeni elektrik modellərinin istehsalını təxirə salıblar və ya ləğv ediblər.
S.ELAY
XQ