Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə Komissiyanın avqustun 29-da keçirilmiş iclasının protokolu təsdiq olu­nub. 

Sonra 2024-cü il sentyabrın 1-də keçi­rilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqə­dar seçki hüququnun mübahisələndirilmə­si iddiasi ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanun­vericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarı­lan müraciətlər Komissiya üzvləri tərəfin­dən geniş müzakirə edilib və Seçki Məcəl­ləsinin tələblərinə uyğun, əsaslandırılmış qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyası təmsil­çiləri və media mənsublarının iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 

XQ

Son xəbərlər