Avqustun 30-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.
Telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.
XQ