XİN-dən Türkiyəyə təbrik

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 30 avqust - Zəfər bayramı münasibətilə təbrik edib. Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin İstiqlal müharibəsi­nin həlledici qələbəsini, türk xalqının qətiy­yəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə döv­ləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik”, - deyə paylaşımda qeyd olunub.

XQ

Son xəbərlər