ABŞ-da azərbaycanlılara qarşı sui-qəsd planlaşdıran erməniəsilli şəxs federal axtarışdadır

post-img

ABŞ-da yaşayan erməniəsilli keçmiş tələbə Aram Branson azərbaycanlılara qarşı sui-qəsd təşkil etmək məqsədilə bomba hazırlamaqda ittiham olunur.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Massaçusets Ştatının Prokurorluğu məlumat yayıb. Bildirilir ki, ştatın Nyuton şəhərinin sakini Çikaqo Universitetindəki yataqxanasındakı otağında partlayış törətdikdən sonra özünün bomba düzəltmək bacarıqlarını gizlətməyə çalışıb. O, həmçinin Loqan Beynəlxalq Hava Limanında çantasında aşkar edilən partlayıcı maddələrə görə federal məmurlara yalan ifadə verməkdə təqsirli bilinir.

İlkin məlumata əsasən, A.Bransonun hazırda İrəvanda Ermənistan Universitetində təhsil aldığı ehtimal edilir. ABŞ-da ona qarşı federal axtarış elan olunub. İttihama əsasən, o, bombanı azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.

Son xəbərlər