Çinin məşhur “Sinxua” agentliyi Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlığın gedişi barədə material dərc edib.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, “Azərbaycan sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşır” sərlövhəli yazıda qeyd edilib ki, parlament seçkilərinin növbədənkənar keçirilməsinə səbəb bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə qərar verilməsi olub.
Məqalədə, həmçinin Azərbaycan parlamentinin tarixi, onun strukturunun formalaşması, seçkiləri izləyəcək yerli müşahidəçilər, beynəlxalq təşkilatlar barədə məlumat verilib. Müəlliflər hazırda seçkiqabağı təşviqat aparıldığını, avqustun 31-də isə “sükut günü” olacağını oxucuların diqqətinə çatdırıblar.