“119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsi Alıbəyli kənd tam orta məktəbin binasında yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Siyahıya görə, məntəqə üzrə 1.388 seçici qeydə alınıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərin sayı 14 nəfərdir”.
Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam DSK 21 saylı məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova danışıb.
Sədr sözlərinə onu da əlavə edib ki, beynəlxalq müşahidəçilər 21 saylıı seçki məntəqəsinə baş çəkiblər.