Avqustun 29-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türk Dövlətləri Təşkilatı müşahidə missiyasının rəhbəri, TDT Baş katibinin müavini Ömer Kocaman və missiyanın digər üzvləri arasında görüş keçirilib.
Ömer Kocaman TDT müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib, parlament seçkilərinin Azərbaycanın seçki təcrübəsinin daha da zənginləşməsinə və ölkənin inkişafına təkan verəcəyinə inamını ifadə edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TDT müşahidə missiyasının Azərbaycanda seçkilərin ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın parlament seçkilərinə tam hazır olduğunu, bütün texniki və təşkilati məsələlərin yerinə yetirildiyini söyləyən Tahir Budaqov indiyədək seçki prosesinin gedişatı ilə əlaqədar hər hansı ciddi problemlərin olmadığını qeyd edib.
Sonra Tahir Budaqov YAP-ın seçkilərə hazırlıq çərçivəsində gördüyü işlərə və seçki prosesinin gedişatına dair missiyanın üzvlərinin suallarını cavablandırıb.
XQ