Energetika naziri Hacıqabulda qəbul keçirib

post-img

Energetika naziri Hacıqa­bul şəhərində vətəndaşların müraciətlərini dinləyib. 

Görüş zamanı vətəndaşların enerji təchizatı, elektrik avadan­lıqlarının istismar vəziyyəti, say­ğacların quraşdırılması, elektrik qurğu və avadanlıqlarının müha­fizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırı­lan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün mü­vafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Hacıqabul rayonu ilə yanaşı, Bakı, Şirvan, Ağcabədi şəhərləri, Ağdam, Bilə­suvar və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.

XQ

Son xəbərlər