Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova avqustun 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Bushatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qonaqlara növbədənkənar parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə məlumat verilib.
Ditmir Bushati məlumata görə təşəkkürünü bildirərək Seçki Müşahidə Missiyasının fəaliyyəti və məqsədlərindən danışıb.
Sonda seçki prosesi ilə bağlı bəzi hüquqi məsələlər müzakirə olunub.
XQ