Milli Məclisə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri çərçivəsində Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün onlayn seminar keçirilib.
Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərova qurumun seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxladığını, onların suallarının operativ cavablandırıldığını, ölkəmizə qarşı qərəzli və saxta xəbərlərin aşkarlanaraq ifşa olunmasının diqqətdə saxlanıldığını söyləyib. Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev isə qeyd edib ki, media nümayəndələri sərbəst şəkildə istənilən məntəqədə və ya dairədə seçkiləri müşahidəedə bilərlər. O, media təmsilçilərinin seçki prosesinin bütün mərhələlərində şəffaflığa nəzarət, seçkinin gedişini və nəticələrini obyektiv işıqlandırmaq öhdəliyini xatırladıb.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.