“Xalq qəzeti”nin 105 illiyinə həsr edilmiş sərgi

post-img

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında “Xalq qəzeti”nin 105 illiyinə həsr edilmiş sərgi təşkil edilib. Ekspozisiyada nəşrin müxtəlif illərdə işıq üzü görmüş nömrələri, eləcə də “Xalq qəzeti”nə həsr edilmiş kitablar nümayiş etdirilir.

Kitabxananın direktoru, professor Kə­rim Tahirov XQ-ə müsahibəsində bildirib ki, “Xalq qəzeti” 1 əsrdən çox tarixə ma­likdir: “Sovet dövründə də, indi də bu qə­zet tanınan, seçilən olub. Bu qəzet öz adını doğruldub – xalqın taleyində, taleyüklü məsələlərdə xidmətləri olub. Azərbaycanın ictimai-siyasi həyatına, mədəniyyətinə dair maraqlı məqalələrlə çıxış edib. Qəzetin ya­radıcı kollektivini 105 illik yubiley münasi­bətilə təbrik edirəm”.

Tələbə Rüfət Əliyev bir əsrdən çox yaşı olan nəşrə həsr olunmuş sərginin Azərbay­canın ictimai-siyasi həyatının müxtəlif as­pektləri işıqlandıran bir qəzetin fəaliyyəti barədə məlumat almaq baxımından faydalı olduğunu bildirdi. 

Ziba Hüseynova qeyd etdi ki, “Xalq qəzeti”nin müxtəlif sahələrdən hazırladığı məqalələr, jurnalist araşdırmaları, eləcə də nəşrin saytında yerləşdirilən gündəlik ope­rativ xəbərlər maraqla oxunur. Həmsöhbə­timiz onu da dedi ki, son illər nəşrin işıq üzü görən nömrələrində bir çox diqqətə­layiq yeniliklər müşahidə olunur. Yaradıcı kollektivin fəaliyyətini günün tələbləri sə­viyyəsində qurması təqdirəlayiqdir. 

Rizvan FİKRƏTOĞLU
Elşən AĞALAR (foto)
XQ

Son xəbərlər