Azərbaycan–Tacikistan aqrar əməkdaşlığı

post-img

Bakıda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı nazirlikləri arasında Azərbaycan–Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirilib. İclasda Azər­baycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayən­dələri iştirak ediblər.

İclasda Azərbaycan və Tacikistan ara­sında kənd təsərrüfatında mövcud vəziy­yətə toxunulub. Tərəflər Azərbaycan ilə Tacikistan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfa­tı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

İşçi Qrupun iclasında iki ölkə arasın­da kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transfe­ri, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahə­sində əməkdaşlıq və digər məsələlər müza­kirə olunub. 

XQ

Son xəbərlər