Pakistanda dəhşətli terror

post-img

Pakistanın Bəlucistan əyalətindəki Musaxail dairəsində terrorçular magistral yolu kəsərək əvvəl avtobus və yük maşınlarında olanların sənədlərini yoxlayıb, sonra isə onlara silahla hücum ediblər.

Pakistan mətbuatının yaydığı məluma­ta görə hücum nəticəsində Pəncabdan olan 23 adam həyatını itirib, yaralıların olduğu bildirilir. 

Pakistan Prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif terror aktını kəskin pisləyib, bundan sonra da ölkə ərazisində terrorçularla mübarizənin ön planda olaca­ğını bildiriblər. Bəlucistan əyalətinin baş naziri Sarfaraz Buqti də terror aktını pislə­yib, qeyd edib ki, tettorçular qısa müddətdə tutulacaq. 

Xatırladırıq ki, son vaxtlarda Pakistanın Əfqanıstanla həmsərhəd olan Xayber-Pax­tunxva və Bəlucistan əyalətlərində terror­çular burada yaşayan etnik puştunların və bəlucların hüquqlarının qorunması adı ilə tez-tez bu kimi terror hadisələri törədirlər.

Qulu KƏNGƏRLİ, 
XQ-nin xüsusi müxbiri

İslamabad

Son xəbərlər