Füzulidə seçkiyə hazırlıq

post-img

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri 84 saylı Füzuli seçki dairəsində olublar. Onlar seçki məntəqələrinə baş çəkib, seçkiyə hazırlıq prosesini izləyiblər. Heç bir neqativ hal qeydə alınmayıb, hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Dairədə qeydiyyatdan keçən 1211 yerli müşahidəçi də səsvermə prosesini izləmək imkanı qazanıb”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 84 saylı Füzuli DSK-nın sədri Yavər Məmmədov deyib. O bildirib ki, dairə üzrə qeydiyyatda olan 54 min 246 seçici Milli Məclisə seçkilər­də 78 məntəqədə səsvermə hüququndan istifadə edə biləcək. Səsvermə hüququn­dan ilk dəfə istifadə edəcək 583 seçici var: “Seçkinin şəffaf şəkildə keçirilməsi üçün qanunvericiliyə uyğun şəkildə bü­tün şərait yaradılıb. Dairədə 8 namizəd mübarizə aparır, onların seçkiqabağı təş­viqat kampaniyası davam edir. Namizəd­lər təşviqat materiallarını məntəqələrdə quraşdırılmış lövhələrə asır, o cümlə­dən, qapalı və açıq görüş yerlərində se­çicilərlə görüşürlər”, - deyən DSK sədri 7 seçki məntəqəsində veb-kameranın, 11 məntəqədə isə pandusların quraşdırıldı­ğını da qeyd edib.

Son xəbərlər