Seçki xəbərləri

post-img

Barmaq mütləq mürəkkəblənməlidir

Əgər vətəndaş barmağına xüsusi mürəkkəbin vurulmasına razılaşmasa, qanunvericilkdə ona qarşı hansı tədbi­rin görülməsi nəzərdə tutulub? 

“Seçki 2024" Müstəqil Media Mərkə­zi xəbər verir ki, Mərkəzi Seçki Komis­siyasının dünənki iclasında sədr Məzahir Pənahov bu məsələyə aydınlıq gətirib. O, həmin vətəndaşlara seçki bülleteni veril­məyəcəyini və onların dərhal məntəqəni tərk etməli olduqlarını bildirib: “Amma onlara qarşı heç kim məcburetmə tətbiq edə bilməz”.

Bülletenlər DSK-lara aparılır

Bu gündən seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılıb. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə MSK-nın iclasında məlumat verilib. 

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ha­zırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqus­tun 22-dək başa çatdırılıb. Seçki bülleten­lərinin MSK-dan DSK-lara verilməsi isə avqustun 27-dək yekunlaşmalıdır.

Veb-kameralarla izləmə sərbəstdir

“Seçki günü proseslərin birbaşa izlə­nilməsi, keyfiyyətli və fasiləsiz yayım im­kanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan is­tifadə olunur”. 

“Seçki 2024” Müstəqil Media Mərkə­zi xəbər verir ki, bunu MSK-nın iclasında sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs – istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiy­yat tələb olunmadan məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasilə­siz müşahidə edə biləcək.

Qarabağda səs vermək ikiqat şərəfdir

“Milli Məclisə seçkilər Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, azad olunmuş torpaqlarda, Qara­bağda reallaşdırılacaq ikinci mühüm seçki prosesi olacaq”. 

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İcti­mai Birliyinin sədri Hafiz Səfixanov deyib. O qeyd edib ki, Qarabağa seçki prosesinin qayıtması hər kəsi sevindirir: “Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə səs verməsi tarixi hadisədir. Bu, həmin ərazilərdən Milli Məclisə seçiləcək şəxslər üçün ikiqat məsuliyyətdir. Seçkilər xalqımız, dövlətimiz üçün uğurlu olacaq”.







Son xəbərlər