Xarici müşahidəçilər Zaqatalada

post-img

“112 saylı Zaqatala seçki dairəsinin inzibati ərazisində 43 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin 43 seçki məntəqə üzrə seçicilərin ümumi sayı 50 min 225 nəfərdir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 112 saylı Zaqa­tala DSK-nın sədri Fikrət Mustafayev deyib. Onun sözlərinə görə, seçki dairəsi üzrə 281 şəxs ilk dəfə səsvermədə iştirak edəcək: “Dairənin ən yaşlı seçicisi isə Ye­giyan kənd sakini 101 yaşlı Gülməmmədo­va Ribeydə Murad qızıdır. 1923-cü il təvəl­lüdlü R.Gülməmmədovanın adı 33 saylı məntəqədə seçicilərin siyahısındadır”.

DSK sədri qeyd edib ki, komissiya üzv­ləri üçün mərhələli şəkildə treninqlər təşkil olunub, həmin treninqlərdə MSK üzvləri də iştirak ediblər: “Seçki məntəqələrinin təchizatı ən yüksək səviyyədədir. Səsver­mə prosesi ilə bağlı maarifləndirici ma­teriallar artıq qanunvericiliklə müəyyən olunan yerlərə vurulub. Beynəlxalq müşa­hidəçilər iki dəfə DSK-da olublar. 112 say­lı seçki dairəsindən 7 nəfər imza vərəqəsi götürmüşdü və hamısının namizədliyi qey­də alınıb”.

Son xəbərlər