YAP Mərkəzi Aparatında görüş

post-img

Avqustun 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Müstəqil Dövlətlər Birliyi müşahidə missiyası qərargahının rəhbəri Oleq Kuleba arasında görüş keçirilib.

YAP-ın mətbuat xidmətindən bildiri­lib ki, görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Oleq Kuleba MDB müşahidə missiyasının 2003-cü ildən eti­barən Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O bildirib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seç­kilər MDB missiyası tərəfindən Azərbay­canda müşahidə edilən 12-ci seçki olacaq.

MDB müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verən qərar­gah rəhbəri hazırda heyətdə 132 nəfərin yer aldığını, onlardan 10 nəfərin uzunmüddətli müşahidə apardıqlarını qeyd edib. Onun sözlərinə görə, ilkin müşahidələr namizəd­lər üçün bərabər imkanların yaradıldığını, Mərkəzi Seçki Komissiyasının və onun yerlərdəki qurumlarının seçkilərə yüksək səviyyədə hazırlaşdığını göstərir. 

YAP Sədrinin müavini – Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov MDB müşa­hidə missiyasının Azərbaycandakı fəaliy­yətinin seçki təcrübəsinin mübadiləsi və seçki institutunun daha da inkişaf etdiril­məsi baxımından mühüm əhəmiyyət daşı­dığını bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər və seçkiqaba­ğı təşviqat kampaniyasının gedişatı haqqın­da məlumat verən YAP Sədrinin müavini Azərbaycanın zəngin və daim təkmilləşən seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də rəqabətli mühitdə - azad, ədalətli, şəffaf və demok­ratik keçirilməsi üçün bütün şəraitin təmin edildiyini bildirib.

YAP Sədrinin müavini MDB müşahidə missiyasını maraqlandıran sualları cavab­landırıb. 

XQ

Son xəbərlər