Avqustun 17-18-də ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Avqustun 17-si gündüz saatlarında havanın qısa müddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraitinin avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.