Müstəqillik dövründə Azərbaycan idmançıları heç bir Yay Olimpiya Oyunlarını medalsız başa vurmayıblar.
Bu barədə Media Təhlil Mərkəzi (MTM) Beynəlxalq Olimpiya Komitəsinin rəsmi internet səhifəsindən əldə olunan məlumatlar əsasında apardığı təhlil zamanı məlum olub.
Medal sayına görə ən yüksək nəticə 2016-cı ildə, medalların əyarına görə ən yüksək nəticə isə 2012-ci ildə qeydə alınıb. Daha ətraflı qeyd etsək, idmançılarımız 2016-cı ildə Braziliyanın ikinci ən böyük şəhəri Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal, 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı Londonda keçirilən Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal əldə ediblər. Cari ildə “Paris-2024” Yay Olimpiya Oyunlarında isə idmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla 7 medal qazanıblar.