Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elçin Məmmədov sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etmələri məqsədilə görülən işlərdən danışıb. O, seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təminatı və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verib.
Nurlan Seytimov seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edib.
XQ