Mahmud Abbas Qəzza zolağına səfər etməyi planlaşdırdığını bildirib

post-img

Fələstin Prezidenti Mahmud Abbas yaxın vaxtlarda Qəzza zolağına səfər edəcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fələstin lideri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş növbədənkənar iclasında bildirib.

Onun sözlərinə görə, Fələstin xalqı qarşısında duran maneələrin aradan qaldırılmasına gedən yol Fələstin ilə dialoq və birlikdən keçir. O qeyd edib ki, sülhə və təhlükəsizliyə gedən yol Fələstində başlayır və başa çatır.

Mahmud Abbas Fələstin məsələsi ilə bağlı BMT TŞ-nin qətnamələrinin layihələrini blokladığına görə ABŞ-ı kəskin tənqid edib, eləcə də Fələstin xalqına göstərilən dəstəyə görə Türkiyəyə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya