Dünən Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 33 illiyinə həsr edilmiş "33 illik Nüvədi həsrəti" adlı anım mərasimi keçirilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli avqustun 8-nin Ermənistan tərəfindən soydaşlarımızın sonuncu deportasiyası (1988-1991) zamanı Nüvədi kəndinin boşaldılmasının 33-cü ildönümü günü olduğunu diqqətə çatdırıb.
Mehri rayon icmasının sədri Fikrət Əliyev ulu öndər Heydər Əliyevin nüvədililərlə bağlı səsləndirdiyi fikirləri xatırladıb, onların mübarizəsini yüksək qiymətləndirib. F.Əliyev soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası zamanı nüvədililərin 4 il mübarizə apardıqlarını vurğulayıb.
Digər çıxış edənlər də nüvədililərin işğalçılara qarşı mərdliklə mübarizə aparmalarından danışıb, onların qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər.
XQ