Təqsirli hərbçilər cəzalandırıldılar

post-img

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat verir ki, ordumuzun hərbi qulluqçuları – əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü, Həməşəyev Taleh Möhübbət oğluna isə 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli Rayon Hərbi Məhkəməsinə göndərilmişdir.

Füzuli Rayon Hərbi Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

Allahdan hərbçilərimizə rəhmət, doğmalarına səbir diləyirik.

XQ

 

Son xəbərlər