Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə–Azərbaycan Universitetinin ünvan məlum olub. Yeni tədris ocağı Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.
Artıq tələbə qəbulu ilə bağlı universitetdə müvafiq tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub. Xatırladaq ki, TAU tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.
TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
XQ