“Space” Müstəqli Teleradio Şirkəti yarıdıcı heyəti yeni layihələr üzərində işləyirlər. Sentyabr ayından tamaşaçı və dinləyicilər Space TV-də və 104 FM radio lğasında bir sıra yeniliklərin və maraqlı dəyişiklikərin şahidi olacaqlar.
Telekanalın bir neçə çəkiliş pavilyonu əsaslı yenilənərək təzə verilişlər üçün hazır vəziyyətə gətirilib. Müxtəlif formatlarda bir neçə yeni veriliş həm canlı, həm də montaj edilərək efirdə yayımlanacaq. Yeni aparıcılar da tamaşaçılarla görüşlərinə yeni forma və məzmunlu proqram və verilişlərlə gələcəklər. Space TV ölkəmizin televiziya məkanında daha bir ilkə də imza atacaq. Telekanalda gənc qeymerlərin “PUBG” onlayn multipleyer döyüş oyunu keçiriləcək.
104 FM radiostansiyasında da yeni layihələr hazırlanır. Verilişlərin və yayımın keyfiyyətini yüksəltmək üçün müasir qurğular, cihazlaralınıb, avadanlıq yenilənib, efir otağı təmir edilib. Sentyabrdan dinləyicilərə gündüz saatlarında, həftəiçi praym-taym saatlarında, eləcə də həftəsonu təzə proqramlar təqdim ediləcək.
XQ