Borçalı uşaqlarının yay düşərgəsi

post-img

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisi “Alyans” Gənclər Mərkəzi"nin təşkilatçılığı ilə Gürcüstanın Telavi şəhərində keçirilən 3 günlük "Həmrəylik 2024 - yay düşərgəsi" başa çatıb. 

Düşərgə iştirakçıları ilk gün şəhərin tarixi yerlərini və "Telavi Tarixi Muzeyi"ni ziyarət ediblər. Sonra gənclərə "Pineo Medical Ecosystem" klinikasının lektoru və kardioloqu Linda Mustafayeva "Ürək, risk faktorları və xəstəlikləri" adlı təlim keçib, sağlam həyat tərzi barədə məlumat verib. Nutricioloq Şahəndə Süleymanova isə “Düzgün qidalanma və zərərli vərdişlər” mövzusunda  bilgi verib.

"Həmrəylik 2024 - yay düşərgəsi"nə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco və Tbilisidən 70 nəfərdən çox yeniyetmə, gənc və QHT rəhbərləri iştirak edib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Şəfəq Binnətova bildirib ki, artıq ikinci ildir ki, qurumun dəstəyi və Gürcüstanda fəaliyyət göstərən icma təşkilatlarının iştirakı ilə yay düşərgəsi keçirilir. Tbilisi “Alyans” Gənclər Mərkəzinin təsisçilərindən biri olan Leyla Əmrəhova isə qeyd edib ki, düşərgə çərçivəsində gənclər üçün bir sıra mühüm təlimlər nəzərdə tutulub: “Gələcəkdə də bu kimi proqramlar və tədbirlərin keçirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik".

XQ

 

Son xəbərlər