Tuva Cihangir Atasever Laçında

post-img

Türkiyənin iki kosmonavtından biri Tuva Cihangir Atasever Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilatçılığı ilə Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin qonağı olub.

Gənclər Cihangirin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına, o cümlədən Laçına səfərini, düşərgədə iştirakını, onlarla görüşünü yüksək qiymətləndiriblər. Onun Azərbaycan bayrağını kosmosa aparmasından fərəh və qürur duyduqlarını bildiriblər.  Qonaq  kosmosa uçuşu və orada keçirdiyi elmi tədqiqatlar barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Qeyd edək ki, Türkiyənin 36 min namizədin içindən seçilən ilk iki kosmonavtından biri olan Tuva Cihangir Atasever ana tərəfdən azərbaycanlıdır. “Roketsan”da sistem mühəndisi işləyən Atasever Bilkent Universitetinin Elek-
trik və Elektronika Mühəndisliyi bölümündən məzun olub, İrvayn şəhərindəki Kaliforniya Universitetində elektrik-elektronika mühəndisliyi sahəsində magistr təhsili alıb.

XQ

 

Son xəbərlər