Seçki xəbərləri

post-img

Namizədlərin sayı 950-ə çatıb

Bu rəqəm MSK-nın dünən keçirilən iclasında səsləndirilib. Məlumatda deyilir ki,  ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib. Onlardan 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 1420 nəfərə imza vərəqi verilib. Sonradan 1197 nəfər imza vərəqələrini geri qaytarıb.

Heç bir müşahidəçiyə rədd cavabı verilməyib

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və doqquz qurumdan müraciət daxil olub. MSK-dan bildirilib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onların 938 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülüb. 2 646 nəfər isə 11 QHT-ni təmsil edir. Müraciət edən heç bir müşahidəçiyə rədd cavabı verilməyib”.

Təşviqat üçün 5 min 155 ünvan

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib ki, bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq. Qeyd olunub ki, təşviqat üçün 5 155 yer ayrılıb. Onların çoxu açıq havadadır. Qapalı məkanlar Azərbaycanın bütün bölgələrində təsis edilib. 

Azad edilən ərazilərdə 44 seçki məntəqəsi yaradılıb

Bu barədə MSK-nın iclasında məlumat verilib. MSK sədri Məzahir Pənahov qeyd edib ki, işğaldan azad olunmuş torpaqlardakı seçki məntəqələrinin sayı artırılaraq 55-ə çatdırılacaq. O, həmçinin daimi və müvəqqəti seçki məntəqələrinin hamısının səsvermə gününə tam hazır olacağını bildirib.

 



Son xəbərlər