Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsi

post-img

Laçın şəhərində “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənc­lərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılı­ğı ilə keçirilən düşərgə avqustun 7-nə qədər davam edəcək.

Yay düşərgəsində dünyanın 60 ölkəsin­dən gələn 115 gənc iştirak edir. Onlar ara­sında xaricdə yaşayan azərbaycanlılarla ya­naşı Azərbaycana dost münasibət bəsləyən digər xalqların nümayəndələri də yer alır.

Tədbirdə çıxış edən Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, növbəti mər­hələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq: "Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək. Həmçinin yaxın vaxtlarda rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikin­tisinə başlanılacaq".

Prezident Administrasiyasının Huma­nitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva isə söyləyib ki, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yük­sək amallar gənclər tərəfindən həyata keçi­rilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşa­maq hüququdur. Hüququndan keçən əsgər­lərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürmə­lisiniz".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı vurğu­layıb ki, Azərbaycan əleyhinə təbliğatlar getdikcə artacaq: "Dünyada 300-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Ancaq bu o demək deyil ki, hamısının işi səmərəlidir. Ona görə də gəncləri diaspor fəaliyyətinə daha çox diqqət göstərməyə çağırıram".

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov isə gənclərin inkişafına xü­susi önəm verdiklərini söyləyib: "Laçında keçirilən bu düşərgə xüsusi əhəmiyyət da­şıyır. Bu ərazilər Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına azad edilib. Ümid edirəm ki, düşərgədə qazandığınız təcrübə Azərbaycanın dünyada daha yaxşı tanıdıl­masına öz töhfəsini verəcək".

XQ



Son xəbərlər