Pakistanda yağış və daşqınlar 14 adamın həyatına son qoyub

post-img

Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat bölgəsində gecə saatlarında yağan güclü musson yağışları və daşqınlar 7 uşaq, 1 kişi və 3 qadının həyatına son qotub. 

Pakistan mətbuatının yaydığı məlummata görə əyalətin Hangu və Bajur bölgələrində isə üç kişi sel  və daşqınların qurbanı olub.

Yağışların gələn həftə ölkənin müxtəlif bölgələrində sellərə səbəb ola biləcəyi haqqında məlumat verilir.

Hər il iyun-sentyabr aylarında musson yağışları Pakistanda böyük fəlakətlər törədir.

Xatırladırıq ki, Pakistanda 2022-ci ildəki güclü sel və daşqınlar nəticəsində 1739 adam həyatını itirmişdi. Hökümət selin ölkəyə 30 milyard dollardan cox zərər vurduğunu açıqlamışdı.

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

İslamabad

Son xəbərlər