Bakı şəhər sakini olan qadın bank kartından 301 manatının oğurlanması ilə bağlı polisə müraciət edib. Məlumatı DİN mətbuat xidməti verib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Kərimov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 310 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “KİA” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Mustafayev, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
XQ