FHN Gədəbəydə qanunsuz tikintinin qarşısını alıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

P.ƏMİRCANOV

XQ

 





Son xəbərlər