MSK və DİN-in birgə layihəsinə start verilib

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seç­kilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb. 

İlk tədbir dünən Mərkəzi Seçki Komis­siyası və Daxili İşlər Nazirliyi təmsilçilə­rinin də iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.

Milli Məclisə seçkilərdə polis əmək­daşlarının xidməti fəaliyyətinə həsr olu­nan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komis­siyalarının sədrləri və polis orqanları nü­mayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirlərdə Mərkəzi Seçki Komissi­yasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırla­nıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əmək­daşlarının qanunvericiliklə müəyyənləşdi­rilmiş rol və vəzifələri barədə təqdimatlar keçirilir, çıxışlar dinlənilir və müzakirələr aparılır.

Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkidə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək.

Qeyd edək ki, Milli Məclisə seçkilər­lə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əmək­daşları üçün yaddaş kitabçası” da hazır­layıb və aidiyyəti üzrə çatdırılıb.

Son xəbərlər