Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib

post-img

“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan XQ-ə bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Son xəbərlər