Tramp Zelenski ilə telefonda danışıb

post-img

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Vladimir Zelenskİ ilə telefonla danışdığını və ölkənin Rusiya ilə müharibəsini dayandıracağına söz verdiyini söyləyib.

Sabiq prezident "Trump truth Social" sosial şəbəkəsində yazıb: "Prezident Zelenskiyə əlaqə qurduğuna görə minnətdaram, çünki ABŞ-ın növbəti prezidenti olaraq bütün dünyaya sülh gətirəcəyəm və bu qədər insanın həyatına başa gələn və saysız-hesabsız günahsız ailələri məhv edən müharibəni dayandıracağam".

Onun sözlərinə görə,"hər iki tərəf bir araya gələrək zorakılığa son qoyacaq və firavanlığa yol açacaq bir müqavilə bağlaya biləcək."

Zelenski öz növbəsində cənab Trampı Respublikaçılar Partiyasından prezidentliyə rəsmi namizədliyi münasibətilə təbrik edib.

S.ELAY

XQ

Dünya