Məzahir Pənahov: Azad edilmiş ərazilərdə 34 məntəqə seçkilərə hazırdır

post-img

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib. 451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. Artıq dörd nəfərin namizədliyi qeydə alınıb.

MSK sədri daha sonra deyib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır. Bundan başqa, müvəqqəti – beş günlük məntəqələr də yaradılır. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq.

Son xəbərlər