“Azpetrol” 27 yaşını qeyd edir!

post-img

Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti 27 yaşını qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldur­ma məntəqələrinin sayını 104-ə çat­dırıb.

“Azpetrol” brendinin möhkəmləndiril­məsi və coğrafiyasının Qarabağa geniş­ləndirilməsi, şirkətin strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşan­da, Xankəndidə, Füzulidə və Şuşada “Az­petrol”un modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət Qara­bağa “Böyük Qayıdış” planının tərkib his­səsindən olan məşğulluğun təmin edilməsi məsələsinə bununla öz tövhəsini vermiş olur. 

Qeyd edək ki, "Аzpetrol" şirkətinin yaran­ması, inkişafı və uğurlu fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iq­tisadiyyatın və sahibkarlığın inkişafı sahə­sində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əs­rin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həya­ta keçirilməsi davam edən yeni neft strategi­yasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir. 

Azpetrol şirkətinin ilk yanacaqdoldur­ma məntəqəsi – “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açı­lıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında, ümumilikdə 104 yanacaqdol­durma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliy­yatda sərnişindaşımaya xidmət edən res­publikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün Neftbaza, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 119 ədəd yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaq­doldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldur­ma postu və 20 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün ək­sər məntəqələrdə iaşə obyektləri fəaliyyət göstərir. “Azpetrol” Azərbaycanda ən iri işə­götürənlər siyahısındadır və hazırda şirkət­də 3400-dən yuxarı əməkdaş çalışır. 

Azpetrol – Daim inkişafa doğru!



Son xəbərlər