Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə bildirilib ki, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.

Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir.

Son xəbərlər