Aranda yağmursuz və duman, dağlarda yağış və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 9-da Bakıda və  Abşeron yarımadasında hava  əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 21-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz  olacaq. 

Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.  Şərq küləyi əsəcək,  gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Q. QASIMOV 
XQ

 

Son xəbərlər