NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya ildə azı 40 milyard dollar məbləğində silah tədarükünə dair qərar verilməlidir.
TASS-a ixəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vaşinqtonda alyansın sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
“Bu, minimum səviyyədir. Bu məbləğə digər yardım növləri, məsələn, makroiqtisadi yardımlar daxil olmayacaq”, - o qeyd edib.
XQ