Silah-sursat götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb. 

 İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd tüfəng təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 26-da əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tapança, 1 tüfəng, 3 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər