Qırğızıstan səfirinin xidmət müddəti bitir

post-img

İyunun 21-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyevlə görüşüb.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dərin strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və genişlənən əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında strateji xarakter daşıyan tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

 

Son xəbərlər