İyunun 10-u saat 15 radələrində bir nəfərin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan verilən məlumata görə, araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs kimi tutulub.