TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.