Narkotik alverçiləri tutulublar

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 5-də ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş  574 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.  
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Suraxani Rayon Polis İdarəsi 32-ci bölməsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. 

N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub. Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər