TÜRKPA-nın qadın deputatlarının iclası

post-img

İyunun 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası çərçivəsində Qadın Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib. 

“Qadınlar – TÜRKPA üzv dövlətlərin­də iqtisadiyyatın onurğa sütunu, sahib­karlığın hərəkətverici qüvvəsi” mövzusu­na həsr olunmuş tədbiri TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri, Tür­kiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız açaraq, yaradılan şəraitə və qo­naqpərvərliyə görə Azərbaycan tərəfinə öz təşəkkürünü ifadə edib. 

Zeynep Yıldız çıxışında qadınlar və kişilər üçün bərabər imkanların yaradıl­ması, qadınların səlahiyyətlərinin ge­nişləndirilməsi, hamı üçün davamlı və inklüziv iqtisadi artımın təmin edilməsi, məşğulluğun və layiqli iş mühitini təşviqi­nin vacibliyindən söhbət açıb. O, qeyd edib ki, iqtisadiyyatın dayağı və sahib­karlığın hərəkətverici qüvvəsi olan qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir. 

Sonra iclasda Azərbaycan Milli Məc­lisinin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Çolpon Sultan­bekova, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Gülnora Marufo­va, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının üzvü Umidaxon Zakirova, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü İzlem Gürçağ Altuğra çıxış ediblər.

Parlamentarilər müasir dünyada qa­dınların cəmiyyətin bütün sahələrində təmsil olunduğunu, o cümlədən dövlətin idarəolunmasında fəal iştirak etdiyini, sosial-iqtisadi həyatda gender bərabər­liyinin təmin edildiyini bildiriblər. İclas iş­tirakçıları ictimai-siyasi həyatda qadınla­rın artan rolundan, onların iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyəti üçün uy­ğun şəraitin yaradılmasının vacibliyindən bəhs ediblər. 

XQ

Son xəbərlər