Qırğızıstanın parlament heyəti Füzuli və Şuşada

post-img

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 5-də Füzuli və Şuşa şəhərlərində olub.

Əvvəlcə nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub. Sonra qonaqlar Füzuli şəhərinə gəlib­lər. Onlara Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə məlumat verilib. Bildirilib ki, er­məni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də tala­yıb, yer üzündən siliblər. İşğal dövründə bütün evlər, infrastruktur, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 

Qonaqlara rayon işğaldan azad edil­dikdən sonra Füzuli şəhərində Baş plana uyğun olaraq Azərbaycan dövləti tərə­findən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Şəhərdə ilk yaşayış məhəlləsinin inşasının yekunlaşdığı və keçmiş məcbu­ri köçkünlərin öz doğma yurdlarına qayı­dışının başlandığı bildirilib. 

Sonra qırğız nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb. 

Qırğızıstan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, işğal dövründəki və­ziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verilib.

Səfərdə qonaqları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azər­baycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər mü­şayiət ediblər.

XQ

Son xəbərlər