Bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Bildirilib ki, tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə qardaşlıq münasibətləri olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.
Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Bu şura üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəkdir.
“Sahəvi dövlət qurumlarını birləşdirən şuralar türk dövlətləri arasında effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün təqdirəlayiq platformadır. Bu şuralar vasitəsilə türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq daha da irəli gedəcəkdir” – deyə Baş prokuror əlavə edib.